Xəzər Xəbər

Sərnişin qatarı sərhəddə saxlanıldı Koronavirus təhlükəsi

Dünya | 11:20 • 22 Fevral 2020
Sərnişin qatarı sərhəddə saxlanıldı

Kiyev-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarı koronavirus təhlükəsinə görə Rusiya sərhədində saxlanılıb.

Bu barədə Ukraynanın Dövlət Sərhəd Təhlükəsizliyi Xidməti məlumat yayıb. Məlumata görə, Rusiya tərəfi Ukraynaya məxsus qatardakı çinli sərnişində yüksək temperatur aşkar edib.

Çinli sərnişinlə yanaşı vaqonda olan digər 21 nəfər karantin altına alınıb. Onlar xəstəxanaya yerləşdirilib./publika.az

Xəbər lenti