Xəzər Xəbər

Tarixi sazişin imzalanacağı VAXT AÇIQLANDI

Dünya | 10:26 • 22 Fevral 2020
Tarixi sazişin imzalanacağı

ABŞ və Taliban terror qruplaşması arasında atəşkəs sazişi fevral ayının 29-da imzalanacaq.

Bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo açıqlama verib. O bildirib ki, imzalanma mərasimi Qətərin paytaxtı Dohada baş tutacaq. Diplomatın sözlərinə görə, Taliban ABŞ-la saziş imzalayandan sonra Əfqanıstan hökuməti ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, 18 ildir ABŞ və Taliban arasında gərginlik hökm sürür./publika.az

Xəbər lenti