Xəzər Xəbər

İngilis dilini bilməyənlər bu ölkəyə buraxılmayacaq – ŞOK QƏRAR

Dünya | 17:56 • 20 Fevral 2020
İngilis dilini bilməyənlər bu ölkəyə buraxılmayacaq

İngilis dilini bilməyənlər bundan sonra İngiltərəyə buraxılmayacaq.

İngiltərə "Breksit”prosesindən sonra ölkəyə gəlmək istəyənlərlə bağlı yeni sistem müəyyənləşdirib.

Sistemə əsasən, İngiltərəyə işləmək və yaşamaq üçün müraciətlər edənlərin peşəsi, təhsil səviyyəsi və ingilis dilini bilməsi hallarına ciddi diqqət yetiriləcək. Bu istiqamətlərdə tələblərə cavab verən şəxslər ölkəyə daxil ola biləcək.

Yeni sistem Avropa Birliyi ölkələrinin və bu birliyə daxil olmayan dövlətlərin vətəndaşlarına bərabər şəkildə tətbiq ediləcək.

Qeyd edək ki, sistemin tətbiqinə 2021-ci ilin yanvar ayından başlanılacaq./teleqraf

Xəbər lenti