Xəzər Xəbər

“Putin Ərdoğanla görüşmək istəyir” – Peskovdan kritik açıqlama

Dünya | 17:47 • 20 Fevral 2020
“Putin Ərdoğanla görüşmək istəyir”

"Rusiya, Türkiyə və İran prezidentləri arasında görüşün təşkil olunması üçün müzakirələr aparılır”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O, hələlik konkret tarix üzərində anlaşmanın əldə edilmədiyini deyib:

"İran tərəfi ilə bu barədə müzakirə apardıq, zirvənin keçirilməsi üçün danışıqlar davam edir. Rusiya tarix üçün öz təklifini verdi, amma bu, hər üç lider üçün uyğun vaxt olmalıdır. Hələlik müzakirələr başa çatmayıb, əlavə məlumat verəcəyik”./teleqraf

Xəbər lenti