Xəzər Xəbər

ABŞ rəsmən elan etdi: Ankaranı dəstəkləyirik

Dünya | 17:43 • 20 Fevral 2020
ABŞ rəsmən elan etdi:

Vaşinqton Moskva və Dəməşqi Suriyanın şimal-qərbindəki situasiyanın eskalasiyasında ittiham edib.

Bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kelli Kraft deyib. O, ABŞ-ın Ankaranın fəaliyyətini dəstəklədiyini bildirib:

"Biz Rusiya nümayəndə heyətinin Türkiyəni ittiham edən bəyanatını inkar edirik. Suriyanın şimal-qərbindəki hərbi kampaniyanın keçirilməsi və təşkilinə görə məsuliyyəti Türkiyənin yox, Əsədlə Rusiyanın daşıyacağına dair heç bir şübhə yoxdur. Biz Türkiyənin, NATO üzrə müttəfiqimizin qanuni maraqlarını dəstəkləyirik”./axar.az

Xəbər lenti