Xəzər Xəbər

Trampın Assanca şok təklifi

Dünya | 17:38 • 20 Fevral 2020
Trampın Assanca şok təklifi

Respublikaçılar Partiyasından olan keçmiş konqresmen Dana Rohrabaşer 2017-ci ilin avqust ayında Ekvadorun Londondakı səfirliyində "Vikiliks” rəhbəri Culian Assancla görüşərək ona Donald Trampın əfv şərtlərini çatdırıb.

Bunu Assancın vəkili Edvard Fitzcerald məhkəmədə çıxışı zamanım deyib.

Vəkilin sözlərinə görə, Tramp əfv şərti olaraq Assancın Demokratlar Partiyasına aid e-maillərin sızdırılmasında Rusiyanın rolunu rədd etməsini istəyib.

Hakim Vanessa Baraytzer Assancın vəkilinin səsləndirdiyi iddianı dəlil kimi qəbul edib.

Ağ Evin mətbuat katibi Stefani Qrişem məsələ ilə bağlı açıqlama verib.

Qrişem bildirib ki, Trampla Rohrabaşer arasında nəinki bu barədə, ümumiyyətlə, heç bir söhbət olmayıb:

"Bu xəbər tamamilə uydurma və yalandır. Bu, bəlkə də Demokratlar Partiyasının başqa bir tələsidir”.

Qeyd edək ki, Assanc 2019-cu ildə Ekvador tərəfindən Britaniyaya təhvil verilib. Britaniya isə onu ABŞ-ın tələbi əsasında həbs edib.

Vaşinqton Assancı casusluqda və məxfi informasiyanı yaymaqda ittiham edir./axar.az

Xəbər lenti