Xəzər Xəbər

8 ildən sonra Dəməşqdən Hələbə sərnişin təyyarəsi uçdu

Dünya | 16:35 • 20 Fevral 2020
8 ildən sonra Dəməşqdən

Suriyanın paytaxtı Dəməşqdən Hələb şəhərinə son 8 ildə ilk dəfə sərnişin təyyarəsi uçub.

Təyyarədə jurnalistlər, dövlət nümayəndələri və digər şəxslər olub. Simvolik addım daşıyan səfər, güc nümayişi kimi dəyərləndirilib.

Qeyd edək ki, müxaliflərin nəzarətində olan Hələb şəhəri 8 ildən sonra ötən həftə tamamilə hökumət qüvvələrinin nəzarətinə keçib. Suriya ordusuna müqavimət göstərə bilməyən müxalif silahlılar, İdlibə geri çəkilib./publika.az

Xəbər lenti