Xəzər Xəbər

Əsədin türk ordusuna hücumlarına haqq qazandıran Rusiyadan KRİTİK AÇIQLAMA

Dünya | 18:10 • 19 Fevral 2020
Əsədin türk ordusuna hücumlarına haqq qazandıran

Rusiya İdlib böhranının həlli üçün yeni təklif irəli sürməyib.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.

Paytaxt Moskvada iordaniyalı həmkarı Eymən əs-Səfədi ilə birgə mətbuat konfransında çıxış edən nazir bildirib ki, Rusiya və Türkiyə liderlərinin anlaşdıqları hər şeyi yerinə yetirmək vacibdir.

İdlib ilə bağlı razılaşmanın təməlində müxalif qüvvələrin terrorçulardan ayrılması şərti olduğunu bildirən Lavrov terrorçuların bu razılaşmalarla elan ediləcək atəşkəsin bir parçası ola bilməyəcəyini dilə gətirib.

Nazir türkləri müxaliflərlə terrorçuları ayırd etməməkdə qınayıb.

Lavrov həmçinin Bəşər Əsəd rejiminin İdlibdəki razılaşmalara və atəşkəsə sadiq qalaraq təxribatlara qarşılıq verdiyini, Rusiyanın da buna dəstək göstərdiyini xatırladıb. O bildirib ki, terrorçular və onlarla əməkdaşlıq edənlər gərginliyi azaltma bölgəsindən çıxmaq istəmədiyi üçün təxribatlar davam edir.

Nazirlik rəsmisi qeyd edib ki, Rusiya Türkiyə ilə görüşləri ən ali səviyyədə davam etməyə hazırdır.

Qeyd edək ki, Bəşər Əsəd rejiminin İdlib şəhərində türk ordusunun müşahidə məntəqələrinə hücumundan sonra bölgədə vəziyyət gərginləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə hərbi əməliyyat keçirməyə hazır olduqlarını açıqlayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti