Xəzər Xəbər

ELAN EDİLDİ: Aralıq dənizində irimiqyaslı əməliyyatlar başlayır

Dünya | 15:55 • 18 Fevral 2020
ELAN EDİLDİ:

Avropa Birliyi Aralıq dənizində irimiqyaslı əməliyyatlara başlayır.

Bu barədə qurumdan açıqlama verilib. Bildirilib ki, əməliyyatların məqsədi Liviyaya qarşı tətbiq edilən silah embarqosunun şərtlərini təmin etməkdir. Əməliyyyatlar yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, Berlində təşkil edilən toplantıda Liviyada atəşkəs barədə razılığa gəlinib. Həmçinin, Liviyaya qarşı silah embarqosu tətbiq edilib./publika.az

Xəbər lenti