Xəzər Xəbər

ABŞ qorxulu raketini sınaqdan keçirdi

Dünya | 14:32 • 17 Fevral 2020
ABŞ qorxulu raketini sınaqdan keçirdi

ABŞ Hərbi Dəniz Qüvvələri "Trident II” ballistik raketini döyüş başlığı olmadan sınaqdan keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən verilən məlumata görə, raket Kaliforniyanın San-Dieqo şəhərinin sahilindəki "Ohayo” sinifli "USS Maine” sualtı qayığından (SSBN-741) atılıb.

Hərbi Dəniz Qüvvələrinin qeyd etdiyi kimi, strateji silah sisteminin etibarlılığı və düzgünlüyünü qiymətləndirmək üçün mütəmadi olaraq sınaqlar keçirilir. "Trident II” gözlənilən sistem performansını təsdiqləyib, raketin etibarlılığı və dəqiqliyi, həmçinin xüsusiyyətləri haqqında əlavə məlumat əldə edilib.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri son olaraq 2019-cu ilin sentyabrında "Trident II” raketlərinin planlaşdırılmış dörd sınağını keçirmişdi. Raketlər 2024-cü ilədək istifadə üçün nəzərdə tutulmuşdu. Onlar təkmilləşdirildikdən sonra istifadə müddəti 2040-cı illərə qədər uzadılıb./publika.az

Xəbər lenti