Xəzər Xəbər

İdlibdə şəhid olan Türkiyə hərbçilərinin sayı 6-ya çatıb

Dünya | 15:37 • 3 Fevral 2020
İdlibdə şəhid olan Türkiyə hərbçilərinin sayı 6-ya çatıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində Suriya ordusunun hücumu nəticəsində daha iki hərbçisi şəhid olub.


APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Müdafə Nazirliyinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən yayılan açıqlamada bildirlib ki, İdlibdə davamlı top atəşləri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi və məmuru həyatını itirib.


Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə Müdafiə Nazirliyi İdlibdəki münaqişlərin qarşısının alınması üçün Türkiyədən göndərilən hərbi qüvvələrin top hücumları nəticəsində 4 nəfərin şəhid olduğunu, biri ağır olmaqla 9 nəfərin yaralandığını bildirmişdi.


Türkiyənin müdafiə naziri Hulusi Akar, baş qərargah rəisi Yaşar Gülər və bir qrup yüksək səviyyəli hərbçilər Suriya sərhədinə gedib.

Xəbər lenti