Xəzər Xəbər

İŞİD-lə əlaqəli olan terrorçular Misirdə qaz kəmərini partladıblar

Dünya | 15:36 • 3 Fevral 2020
İŞİD-lə əlaqəli olan terrorçular Misirdə qaz kəmərini partladıblar

İŞİD-lə əlaqəli olan terrorçular Misirin Sinay yarımadasının şimalında qaz kəmərini partladıblar. AZƏRTAC "Egyptindependent” portalına istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidməti məlumat yayıb.


Məlumatda qeyd olunub ki, altı maskalı şəxs Şimali Sinay əyalətinin inzibati mərkəzi Bir əl-Abd şəhərinin yaxınlığında yerləşən qaz kəmərini və sement fabrikini partladıb. İnsidentin baş verdiyi əraziyə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Bölgəyə təbii qazın nəqli dayandırılıb. Misirli rəsmilər jurnalistlərə tələfat barədə məlumat verməyiblər.


Qeyd edək ki, İŞİD-lə əlaqəli olan "Ənsar Beyt əl-Maqdes” terrorçu qrupun üzvləri Misirdə tez-tez terror aktları törədirlər. Fevralın 1-də keçirilən məhkəmədə onlardan 37-si edam cəzasına məhkum olunub. Qaz kəmərlərinə hücumlar isə başlıca olaraq İsraillə bağlı olan şəbəkələrə edilir.

Xəbər lenti