Xəzər Xəbər

Yanvarda Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 45 terrorçu məhv edilib

Dünya | 15:03 • 3 Fevral 2020
Yanvarda Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 45 terrorçu məhv edilib

Bu ilin yanvarında Türkiyənin şəhər mərkəzlərində, dağlıq ərazilərində və sərhədlərindən kənarda YPG/PKK terror təşkilatına qarşı aparılan əməliyyatlar nəticəsində ümumilikdə 45 terrorçu məhv edilib.


AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu müddətdə terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 112 nəfər saxlanılıb. Onlardan 63-ü barəsində həbs qətimkan tədbiri seçilib.


Yanvar ayı ərzində terrorçuların hücumu nəticəsində Türkiyə təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olub.


Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən bu istiqamətdə əməliyyatlar davam etdirilir.

Xəbər lenti