Xəzər Xəbər

Gürcüstanda üç nəfər koronavirsula əlaqədar nəzarətə götürülüb

Dünya | 14:29 • 3 Fevral 2020
Gürcüstanda üç nəfər koronavirsula əlaqədar nəzarətə götürülüb

Gürcüstanda üç nəfər koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb.


Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.


Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb. Nəzarətə götürülmüş üç xəstədən alınmış analiz nümunələri Almaniyaya göndərilib və sabah yekun nəticələr məlum olacaq.


Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial müdafiə naziri Yekaterina Tikaradze jurnalistlərə bildirib ki, ölkədə koronavirusla bağlı mübarizə üçün tələb olunan bütün resurslar var. (AZƏRTAC)



Rubrikanın digər xəbərləri

Xəbər lenti