Xəzər Xəbər

Türkiyə ordusundan sonra dinc sakinlər hədəf alındı 7 ÖLÜ VAR

Dünya | 15:02 • 3 Fevral 2020
Türkiyə ordusundan sonra dinc sakinlər hədəf alındı

Bəşər Əsəd rejimi və Rusiyanın İdlibə aviazərbələr endirməsi nəticəsində son bir həftədə 151 min insan Türkiyə-Suriya sərhədinə qaçıb.

Rejim və dəstəkçiləri qaçqın düşənləri bu gün yolda da atəşə tutub. Nəticədə 3-ü uşaq olmaqla, 7 nəfər həlak olub.

Qeyd edək ki, 4-5 may 2017-ci ildə Türkiyə, Rusiya və İranın qatıldığı Astana toplantısında İdlib və qonşu vilayətlər (Lazkiyə, Həma və Hələb), Xümsün şimalı, paytaxt Dəməşqdəki Şərqi Quta və ölkənin cənub bölgələri (Dəra və Küneytra) olmaqla, 4 gərginliyi azaltma bölgəsi yaradılmışdı. Lakin rejim və İranın dəstəkldiyi terrorçular İdlibdən başqa, Rusiyanın aviadəstəyi sayəsində bütün ələ keçirib./publika.az

Xəbər lenti