Xəzər Xəbər

Meqanın yeni layihəsi BƏLLİ OLDU

Dünya | 14:51 • 3 Fevral 2020
Meqanın yeni layihəsi

Şahzadə Harri ilə birlikdə kral ailəsindəki bütün öhdəliklərindən imtina edən Meqan Marklın aktrisalıq karyerasına qayıtdığı iddia edilir.

38 yaşlı aktrisanın yaxınları onun Kanadada TV şousunun aparıcısı olacağını bildirib. İddia edilir ki, veriliş ikinci nikahlara həsr olunacaq.

"I Do redo” adlı televiziya proqramında ilk toyu çox pis keçən 10 cütlüyə ikinci dəfə təmtəraqlı mərasim təşkil ediləcək.

Bir dəfə evli olan Marklın bu proqramla pul qazanıb-qazanmayacağı bilinmir. Kanada Aktyorlar İttifaqından verilən məlumata görə, qonaq aktyorlar bir TV şousunda iştirak etdikdə gündə 588 dollar qazanır./publika.az

Xəbər lenti