Xəzər Xəbər

Rusiya hərəkətə keçdi: 4 fevralda...

Dünya | 14:15 • 3 Fevral 2020
Rusiya hərəkətə keçdi: 4 fevralda...

Rusiya yeni tip koronavirus epidemiyasına görə Çindəki vətəndaşlarının təxliyəsinə başlayıb.

Bu barədə Rusiya Aviasiya İdarəsi informasiya yayıb.

Məlumatda bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus xüsusi təchiz olunmuş təyyarə paytaxt Moskvadan havaya qalxıb. Təyyarədə xüsusi mütəxəssislərlə yanaşı, həkim və tibb bacısı briqadaları da yer alıb.

Təyyarə gecə yarısı Vuhan şəhərinə enəcək. Təxliyə prosesi 4 fevralda gerçəkləşəcək. Rusiyaya gətirilən şəxslər xüsusi xəstəxanada müşahidə altında saxlanacaq.

Qeyd edək ki, Çində 341 Rusiya vətəndaşı yaşayır. Onlardan 300-ü epidemiyanın ortaya çıxdığı Vuhan şəhərindədir./publika.az

Xəbər lenti