Xəzər Xəbər

Türkiyə Prezidenti Ukraynaya işgüzar səfər edib

Dünya | 11:58 • 3 Fevral 2020
Türkiyə Prezidenti Ukraynaya işgüzar səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya işgüzar səfər edib.


Xezerxeber.az xəbər verir ki, səfərdən əvvəl Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk hava limanında mətbuat konfransı keçirib.


Türkiyə Prezidenti səfər çərçivəsində ikitərəfli görüşlərin keçiriləcəyini, bu görüşlər zamanı aktual regional məsələlərin müzakirə olunacağını, yeni əməkdaşlıq müqavilələrinin imzalanacağını, ticarət, investisiya, turizm, müdafiə sənayesi üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparılacağını deyib. Bildirilib ki, iki ölkə arasında turizm sahəsində yeni rekorda imza atılıb. Belə ki, ötən il Ukraynadan Türkiyəyə gələn turistlərin sayı 1,5 milyon olub. Ölkələr arasında ticarət dövriyyəsi ötən il 5 milyard dollar təşkil edib. Bu rəqəmin 10 milyard dollara çatdırılması və bu məqsədlə azad ticarət haqqında sazişin imzalanması planlaşdırılır.

Xəbər lenti