Xəzər Xəbər

Tailand koronavirusa qalib gəldi

Dünya | 11:34 • 3 Fevral 2020
 Tailand koronavirusa qalib gəldi

İtaliya koronavirusu təcrid etdikdən sonra dünyanı narahat edən virusla bağlı daha bir xoş xəbər eşidilib. 


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Tailandda koronavirusa yoluxan insanlar HİV və qrip dərmanlarının qarışığı ilə müalicə ilə yaxşılaşıblar. 


Bankokdakı Rajavithi xəstəxanasının həkimləri yeni növ koronavirus olan insanlara HİV və qrip dərmanlarını tətbiq edib. Müalicədən 48 saat sonra xəstələrin vəziyyətində müsbət dəyişiklik hiss edilib. 


Məlumata görə, on gün ərzində yaxşılaşanlar arasında Uxandan olan 70 yaşlı çinli qadın da var. Müalicədə qarışıq olaraq antiHIV dərmanlardan - "Lopinavir", "Ritonavir" və qrip əleyhinə olan "Oseltamivir"dən istifadə edilib. 


Rajavithi xəstəxanasının həkimi Kriangska Atipornvanich bu virusun müalicəsi üçün müəyyən bir üsulun olmadığını, lakin tətbiq etdikləri müalicə metodundan sonra xəstələrin vəziyyətinin yaxşılaşdığını söyləyib. 


"Bu qarışığı tətbiq etdikdən 48 saat sonra testin nəticələri müsbətdən mənfi hala gəldi",- deyə həkim bildirib. 


O deyib ki, tətbiq olunan metodun koronavirusun tam müalicəsində effektiv olub-olmayacağını müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var. 



Qeyd edək ki, Tailand Səhiyyə Nazirliyi yeni metodla bağlı sabah toplantı keçirəcək. Ehtimal edilir ki, hazırlanan qarışıq digər xəstələrə də tətbiq oluna bilər. 


Rubrikanın digər xəbərləri

Xəbər lenti