Xəzər Xəbər

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

Dünya | 08:58 • 3 Fevral 2020
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

ABŞ-da daha üç koronavirusa yoluxma halı qeydə alınıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə "San Francisco Chronicle” qəzeti yazıb.


Nəşrin yazdığına görə, bu dəfə Çindən yenicə qayıdan Kaliforniyanın Santa-Klara dairəsinin iki sakinində virus aşkarlanıb. Daha sonra onlardan biri ilə ünsiyyətdə olan üçüncü şəxs də virusa yoluxub.


Belə olan halda ABŞ-da ümumi yoluxanların sayı 11 nəfərə çatıb. Bu virusdan hələlik ölən qeydə alınmayıb.

Xəbər lenti