Xəzər Xəbər

Pakistanda bir ailənin 7 üzvü öldürülüb

Dünya | 08:45 • 3 Fevral 2020
Pakistanda bir ailənin 7 üzvü öldürülüb

Pakistanın şimal-qərbində naməlum silahlıların Əfqanıstan tərəfdən minaatanla açdığı atəş nəticəsində bir ailənin 7 üzvü ölüb, onların arasında qadın və dörd uşaq da var.


Bu barədə yerli "PTI” agentliyi məlumat yayıb.


Mərmi Hayver-Pahtunxva əyalətinin sərhəd bölgəsində yerləşən Baatvar Banqro kəndində pakistanlı bir ailənin evinə tuş gəlib. Ailənin evi tamamilə dağılıb.


Əyalətin Bacaur dairəsinin polis nümayəndəsi faktı "Anadolu” agentliyinə təsdiqləyib. Bildirilir ki, bundan əvvəl Bacaur dairəsi "Taliban” hərəkatının silahlıları tərəfindən atəşə tutulmuşdu.

Xəbər lenti