Xəzər Xəbər

Səhiyyə naziri: Sabah ilkin nümunələrin nəticələri barədə açıqlama veriləcək

Dünya | 18:09 • 2 Fevral 2020
Səhiyyə naziri: Sabah ilkin nümunələrin nəticələri barədə açıqlama veriləcək

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sürətlə yayılmaqda olan yeni koronavirusa qarşı ölkəsində görülən tədbirlə bağlı mətbuat konfransı keçirib.


Fahrettin Koca yeni koronavirusu təhlükəsi ilə bağlı Türkiyədə həyata keçirilən kompleks tədbirlərlə bağlı geniş məlumat verib. Bildirib ki, bu sahədə görülən işlər Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən təqdir edilib.


Fevralın 1-də yeni koronavirus səbəbindən Çin Xalq Respublikasının Uxan şəhərindən uğurla həyata keçirilən məlum təxliyə prosesi ilə əlaqədar məlumat verən nazir vurğulayıb ki, istənilən halda, əhali yoluxucu xəstəliklərdən, o cümlədən qripə qarşı diqqətli olmalı, xəstəliklərdən qorunma təlimatlarına əməl etməlidir. Bildirib ki, bu vaxtadək Türkiyədə koronavirusa yoluxma halı aşkarlanmayıb. Hazırda koronavirus səbəbindən Ankarada karantində saxlanılan şəxslərin səhhətində problem yoxdur. Sabah ilkin nümunələrin nəticələri barədə açıqlama veriləcək.


Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentlərinin iradəsinə, iki dövlət arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, fevralın 1-də altı Azərbaycan vətəndaşı Türkiyə vətəndaşları ilə birlikdə Çin Xalq Respublikasının Uxan şəhərindən təxliyə edilib. (AZƏRTAC)

Xəbər lenti