Xəzər Xəbər

Pakistanda çəyirtkə “hücumu” ilə bağlı fövqəladə vəziyyət elan olunub

Dünya | 17:39 • 2 Fevral 2020
Pakistanda çəyirtkə “hücumu” ilə bağlı fövqəladə vəziyyət elan olunub

Pakistanda səhra çəyirtkələrinin "hücumu” ilə bağlı fövqəladə vəziyyət elan olunub.


AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ölkə son 20 ilin ən böyük çəyirtkə "hücumu” ilə qarşılaşıb. Çəyirtkələrin qarşısını almaq üçün hökumətin imkanları məhduddur.


Pakistanın İnformasiya naziri Firdus Amik Avan deyib ki, çəyirtkələrin "hücumu” ərzaq təhlükəsizliyi baxımından çox qorxuludur və kənd təsərrüfatına böyük zərər vurur.


Xatırladırıq ki, ötən ilin yayında Pakistana İran ərazisindən keçən çəyirtkələr ölkənin cənub-qərb rayonlarındakı pambıq tarlalarına, buğda və qarğıdalı zəmilərinə böyük ziyan vurub.

Xəbər lenti