Xəzər Xəbər

Floridada kilsədə atışma olub, 2 nəfər ölüb

Dünya | 14:27 • 2 Fevral 2020
Floridada kilsədə atışma olub, 2 nəfər ölüb

ABŞ-ın Florida ştatının Rivera-Biç şəhərində kilsədə atışma olub.


Hadisə şənbə günü kilsədə keçirilən dəfn mərasimindən sonra baş verib.


Atışma zamanı güllə yarası alan 3 nəfərdən 2-i həyatını itirib. Ölənlərin 15 yaşlı gənc və 47 yaşlı kişi olduğu bildirilir. Güllə yarası alan qadın isə xəstəxanaya yerləşdirilib.


Atəş açan şəxs hələ saxlanmayıb.

Xəbər lenti