Xəzər Xəbər

Tramp "Yüz ilin planı"nı açıqladı

Dünya | 09:24 • 29 Yanvar 2020
Tramp "Yüz ilin planı"nı açıqladı

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün hazırlandığı iddia edilən "Yüz ilin planı”nın detallarını açıqlayıb.

Plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi və paytaxtı olacaq. Tramp bildirib ki, planda Fələstin dövlətinin indiki ərazisinin 2 dəfə artırılması nəzərdə tutulur.

"Fələstin müstəqil, suveren dövlət olacaq” deyən Tramp, prezident Mahmud Abbası planı dəyərləndirməyə çağırıb. "Ağ ev” rəhbərinin sözlərinə görə, Fələstin planı qəbul edərsə, Vaşinqtonun hər cür dəstəyini alacaq. Tramp bəyan edib ki, plan yüzminlərlə fələstinliyə iş imkanı yaradacaq. Bütün bunların həyata keçirilməsi üçün xüsusi komissiya qurulacaq./publika.az

Xəbər lenti