Xəzər Xəbər

Demokratlar Trampın səyahət qadağasına qarşı hərəkətə keçdi

Dünya | 13:02 • 28 Yanvar 2020
Demokratlar Trampın səyahət qadağasına qarşı hərəkətə keçdi

ABŞ Konqresinin spikeri Nensi Pelosi Donald Tramp administrasiyasının 7 ölkəni hədəf alan səyahət qadağasına qarşı yeni qanun layihəsi hazırladıqlarını açıqlayıb.

Önümüzdəki həftələrdə səyahət qadağasına qarşı yeni qanun layihəsi təqdim edəcəklərini ifadə edən spiker D.Trampın gələcəkdə məqbul səbəb təqdim etməyəcəyi və Konqreslə məsləhətləşməyəcəyi müddətcə, bənzər bir qərar almasına maneə törədəcəklərini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti D.Tramp vəzifəyə başladıqdan bir həftə sonra - 27 yanvar 2017-ci ildə İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası tətbiq etmişdi. Lakin ABŞ-ın böyük hava limanlarında qərara qarşı keçirilən etiraz aksiyalarından sonra ABŞ prezidenti geri addım atmağa məcbur qalmışdı. Daha sonra "öhdəliklərini yerinə yetirməsi” səbəbi ilə Çad siyahıdan çıxarılmışdı, lakin sonradan yenidən qadağa işə düşmüşdü.

ABŞ Ali Məhkəməsi keçən ilin iyun ayında Trampın Amerika Konstitusiyasına uyğun olaraq 5 səslə yeddi ölkəni, o cümlədən bəzi müsəlman ölkələrini hədəf alan səyahət qadağasını təsdiqlədiyini açıqlamışdı./publika.az

Xəbər lenti