Xəzər Xəbər

Trampdan "Yaşıl kart"la bağlı daha bir QƏRAR: bu şəxslər ala bilməyəcək

Dünya | 11:55 • 28 Yanvar 2020
Trampdan "Yaşıl kart"la bağlı daha bir QƏRAR:

ABŞ Ali Məhkəməsi Donald Tramp Administrasiyası tərəfindən verilən "ABŞ-ın yardımlarından asılı olacağı hesab edilən insanların "Yaşıl kart” (Green Card) müraciətinin rədd edilməsi” qərarını təsdiq edib.

Yeni qərara əsasən, ABŞ-da yaşamaq üçün "Yaşıl kart”a müraciət edən şəxslər ABŞ dövlətinə yük olub-olmayacağı nöqtəsində maliyyə cəhətdən analizdən keçiriləcək.

Digər tərəfdən, daha əvvəl ABŞ-dan səhiyyə, icarə və qida yardımı alan və ya gələcəkdə alması ehtimal edilən insanlara "Yaşıl kart” verilməyəcək.

Müraciətlər miqrasiya xidməti tərəfindən analiz olunacaq. Maliyyə analizinin necə aparılacağı barədə isə detallar açıqlanmayıb.

Donald Trampdan əvvəlki hökumətlərdə müraciətlər sadəcə nəğd pulla dəyərləndirilərkən, bundan sonra səhiyyə, icarə və qida yardımlarına olan asılılıq dərəcəsi də nəzərə alınacaq.

Qeyd edək ki, Tramp daha əvvəl başqa bir qərarla ABŞ-da yaşamaq istəyənlərin təhsil və bacarıqlarını nəzərə almaqla, cinayət və qanundankənar işlərdə iştirak edənlərin gəlişinin qarşısının alınacağını bildirmişdi./Publika.az

Xəbər lenti