Xəzər Xəbər

Trampdan koronavirus açıqlaması: Hər cür yardım təklif etdik

Dünya | 11:17 • 28 Yanvar 2020
Trampdan koronavirus açıqlaması:

ABŞ prezidenti Donald Tramp dünyanı sarsıdan koronavirusla bağlı açıqlama verib.

O bildirib ki, məsələ ilə bağlı Çinlə mütəmadi əlaqə qurulur. ”Ağ ev” rəhbərinin sözlərinə görə, ABŞ virusla mübarizə aparmaq üçün Pekinə köməklik təklif edib. "Çinə hər cür yardım təklif etdik” - deyən Tramp, ABŞ-da koronavirusa çox az rast gəlindiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 10-dan çox ölkəyə yayılan koronavirus Çində 80 nəfərin həyatına son qoyub. 2 min nəfər virusa yoluxub./publika.az

Xəbər lenti