Xəzər Xəbər

Gürcüstanda gözlənilməz İSTEFA

Dünya | 10:32 • 28 Yanvar 2020
Gürcüstanda gözlənilməz İSTEFA

Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoriya istefa verib.

Bu barədə o özü "Post” televiziyasına açıqlamasında bildirib. İzoriyanın sözlərinə görə, o istefa ərizəsini Baş nazirə artıq təqdim edib. İzoria bundan sonra Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, İzoria 2016-2019-cu illərdə Müdafiə naziri işləyib. Ötən il isə o, Kəşfiyyat Xidmətinə rəhbər və Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub./publika.az

Xəbər lenti