Xəzər Xəbər

İranda ağır AVTOBUS QƏZASI: 9 ölü, 18 yaralı

Dünya | 09:58 • 28 Yanvar 2020
İranda ağır AVTOBUS QƏZASI:

Səhər saatlarında İranda ağır yol qəzası baş verib.

Səhər saat 4:40 radələrində İsfahan vilayətində Tehran-Şiraz avtobusunun aşması nəticəsində 9 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın dəqiq səbəbi bəlli olmasa da, ilkin ehtimal kimi sürücünün sükan arxasında yuxulaması irəli sürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır./publika.az

Xəbər lenti