Xəzər Xəbər

Dubay birdəfəlik plastik qablardan imtina edir

Dünya | 21:15 • 27 Yanvar 2020
Dubay birdəfəlik plastik qablardan imtina edir

Dünyada hər il 300 milyon tondan çox plastik istehsal olunur. Təbiət üçün təhlükəli olan tullantılara qarşı mübarizə plastikdən hazırlanmış məhsullarından istifadənin məhdudlaşdırılması ilə başlayır. Bir çox ölkələr, regionlar və şəhərlər bu məsələni qarşılarına vəzifə qoyublar. Dubay da onların sırasındadır.


Xezerxeber.az xəbər verir ki, Dubay beynəlxalq aeroportu və onun ətrafında yerləşən işgüzar və mehmanxana kompleksindən ildə 90 milyonadək sərnişin istifadə edir. Bu səyahətçilər ordusu 5,5 min ton plastik tullantı "istehsal” edir. Vəziyyət dəyişməyə söz verir: Yeni ildə aeroportun terminallarında birdəfəlik plastikdən olan məhsullar qadağan edilib.


Plastikdən hazırlanmış çəngəllər, içki üçün çubuqlar, stəkan və paketlər buradakı kafe və mağazaların piştaxtalarından yığışdırılmalıdır. "Bizim tərəfdaşlarımızın 95 faizi plastikdən imtina etmək, ictimai iaşə və pərakəndə satış sahəsinə uyğun olan alternativlərin dövriyyəyə salmağı üzərlərinə vəzifə götürüblər”, - deyə Dubay beynəlxalq aeroportunun icraçı vitse-prezidenti Yucin Barri bildirib.


Hava limanının ardınca Dubayın 700 oteli ardıcıl olaraq masa və bar stollarından plastik butulkaları çıxararaq onları şüşə qablarla əvəz edirlər. Plastik kartlar – otaqlar üçün açarlar da keçmişə qovuşacaq, onları taxta əsasında hazırlanmış daşıyıcılar əvəzləyəcək.

Xəbər lenti