Xəzər Xəbər

AŞ PA-nın yeni sədri seçilib

Dünya | 15:36 • 27 Yanvar 2020
AŞ PA-nın yeni sədri seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında qurumun yeni sədri seçilib.

Xezerxeber.az-ın məlumatına görə, bu posta belçikalı senator Hendrik Dams seçilib.

O, bu vəzifədə isveçrəli deputat Lilian Mori Paskyeni əvəz edəcək.

Qeyd edək ki, H.Dams bu vəzifəyə yeganə namizəd idi.

Xəbər lenti