Xəzər Xəbər

Prokurorluq bu şəxsləri istintaqa cəlb etdi Zəlzələyə görə...

Dünya | 15:18 • 27 Yanvar 2020
Prokurorluq bu şəxsləri istintaqa cəlb etdi

Türkiyənin Elazığ şəhərində baş verən zəlzələdən sonra sosial mediada təxribat xarakterli paylaşımlar edən 50 nəfər istintaqa cəlb olunub.

Ankara Respublika Baş Prokurorluğu həmin şəxsləri "xalq arasında təşviş və qorxu yaratmaq”, "Türkiyə millətini və respublikasını, Böyük Millət Məclisini, hökuməti və dövlət güc strukturlarını təhqir etmək” maddələri ilə ittiham edir.

İstintaq çərçivəsində həbs edilən olmasa da, şübhəlilərin hesab və paylaşımlarının analizi davam edir.

Qeyd edək ki, Elazığ şəhərində 25 yanvar tarixində 6,8 və 5,4 bal gücündə zəlzələ baş verib. Nəticədə 40-a yaxın insan həlak olub. Mindən çox yaralı var./publika.az

Xəbər lenti