Çinin Vuhan şəhərində ortaya çıxan yeni tip koronavirusa daha bir ölkədə rast gəlinib.
İsraildə 2 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Yerli mənbələr şübhəlilərin kəskin temperatur və tənəffüs çatışmazlığından əziyyət çəkdiyini bildirib.
Xəstələrdən biri israilli qadın, digəri isə çinli kişidir.
Qeyd edək ki, koronavirus 10-a yaxın ölkədə təsbit olunub./publika.az