Xəzər Xəbər

Obama Trampa faşist dedi - Sensasiya

Dünya | 16:57 • 26 Yanvar 2020
Obama Trampa faşist dedi - Sensasiya

ABŞ-ın sabiq prezidenti Barak Obama ölkənin hazırkı rəhbəri Donald Trampı faşist adlandırıb.

"NBC News” xəbər verir ki, bu barədə epizod keçmiş dövlət katibi Hillari Klintona həsr olunmuş sənədli filmdə yer alıb.

Məlumatlara görə, Obama Trampı 2016-cı ildə prezident seçkiləri zamanı Virciniyadan olan senator Tim Keynlə telefon danışığı zamanı faşist kimi xarakterizə edib.

Sənədli filmdə Keyn bildirib ki, Obama söhbət zamanı Trampı nəzərdə tutaraq "faşisti Ağ Evdən uzaq saxlamağa” çağırış edib./Teleqraf.com

Xəbər lenti