Xəzər Xəbər

Medvedyev niyə istefa verdi? – Peskov açıqladı

Dünya | 16:33 • 26 Yanvar 2020
Medvedyev niyə istefa verdi?

Rusiyanın keçmiş baş naziri Dmitri Medvedyev Prezident Vladimir Putinin Federal Məclisə göndərdiyi mesaj fonunda Nazirlər Kabinetinin istefası barədə qərar qəbul etdi.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Putin yeni tapşırıq və qiymətləndirmələr verəndən sonra hökumət istefa qərarını qəbul etdi. O cümlədən Konstitusiyaya düzəlişlə bağlı. Bundan başqa Medvedyev prezidentə kömək və milli hədəflərə nail olmaqla bağlı "kart-blanş” vermək üçün Nazirlər Kabinetini buraxmağa qərar verdi. Əvvəlki hökumət öz borcunu istefaya getməklə ödədi”, - Peskov bildirib./axar.az

Xəbər lenti