Xəzər Xəbər

Çindən şok: Bu virus barədə heç nə bilmirik

Dünya | 15:52 • 26 Yanvar 2020
Çindən şok:

Pnevmoniyaya səbəb olan yeni növ koronavirus barədə biliyimiz kifayət qədər məhduddur və onun mutasiya ehtimalı da məlum deyil.

Bunu Çinin Səhiyyə işləri üzrə Dövlət Komitəsinin sədr müavini Li Bin deyib.

"Elmi nöqteyi-nəzərdən yanaşsaq, insanlığın bu yeni virus barəsində biliyi çox məhduddur, hətta onun mutasiya ehtimalı da məlum deyil”, - Bin bildirib.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı artıq 2000 nəfəri ötüb. Çin hökuməti 56 nəfərin öldüyünü bildirib./axar.az

Xəbər lenti