Ukrayna Prezidenti Vladimir Zelenski Polşaya işgüzar səfərə gedəcək.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Zelenski Polşada Auşvitz-Birkenau düşərgəsinin azad edilməsinin 75 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək.
Zelenskinin səfər çərçivəsində Polşa Prezidenti Anjey Duda ilə də görüşü gözlənilir./axar.az