Xəzər Xəbər

Koronavirusun növbəti ünvanı bu ölkə oldu

Dünya | 11:32 • 26 Yanvar 2020
Koronavirusun növbəti ünvanı bu ölkə oldu

Ötən həftələrdə Çinin Vuhan bölgəsində ortaya çıxan Koronavirusuna bu ana qədər 870 nəfər yoluxub, 41 nəfər isə həyatını itirib.

Çin, ABŞ, Tayland, Yaponiya, Cənubi Koreya, Tayvan, Vyetnam, Sinqapur və Səudiyyə Ərəbistanında meydana çıxan virus bu dəfə özünü Nepalda birüzə verib.

Nepal Səhiyyə Nazirliyindən verilən açıqlamaya əsasən, virus Vuhandan Nepala qayıdan bir tələbədə aşkarlanıb.

Səlahiyyətlilər bildirib ki, Tribhuvan Hava Limanından istifadə edən 3 nəfərdə virusa bənzər simptomlar aşkarlanıb. Çindən gələn bütün sərnişinlərin səhhətinə ciddi nəzarət edildiyi qeyd olunub.

Qeyd edək ki, Çin hökuməti Vuhan da daxil olmaqla, Hubey əyaləti xaricindəki 9 şəhərə giriş və çıxışı məhdudlaşdırıb./publika.az

Xəbər lenti