Xəzər Xəbər

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb

Dünya | 14:43 • 25 Yanvar 2020
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.


Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı bir qədər əvvəl Daxili İşlər naziri Süleyman Soylu mətbuat konfransında açıqlayıb. Malatyada 4, Elağızda 18 nəfərin həyatını itirdiyi, 1030 yaralının olduğu, dağıntılar altından indiyədək 39 nəfərin sağ olaraq çıxarıldığı bildirilir.


Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir.


Xatırladaq ki, dünən yerli vaxtla saat 20.55-də episentri Elazığ şəhərinin Sivrice rayonunda olan 6,8 bal gücündə zəlzələ baş verib. Bundan sonra 270-dən çox afterşok qeydə alınıb. Yeraltı təkanlar Malatya, Adana, Hatay, Osmaniyə, Tunceli, Qaziantep, Şanlıurfa, Mardin və bir sıra digər vilayətlərdə də hiss olunub.


Azərbaycan Prezidenti İlham Əliyev təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Xəbər lenti