Xəzər Xəbər

Dutertedən ABŞ-a təhdid: Əgər viza verməsəniz...

Dünya | 17:56 • 24 Yanvar 2020
Dutertedən ABŞ-a təhdid:

Filippin Prezidenti Rodriqo Duterte ABŞ qoşunlarının və hərbi texnikasının ölkə ərazisində yerləşdirilməsi razılaşmasını ləğv edə biləcəyini açıqlayıb.

Bu məlumatı CBN televiziyası yayıb. Dutertenin bu təhdidi filippinli senator Ronald dela Rozaya ABŞ vizasının verilməməsi ilə əlaqədar səsləndirdiyi bildirilib.

Duterte ABŞ-a senatorun viza məsələsinə baxılması üçün 1 ay vaxt verdiyini vurğulayıb.

Qeyd edək ki, dela Roza bundan öncə Filippin Polisinin rəhbəri olub. O, həmçinin Dutertenin narkotiklərin yayılmasına qarşı mübarizə kampaniyasının təşəbbüskarıdır./axar.az

Xəbər lenti