İspaniyada tüğyan edən "Qloriya” qasırğası nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Xezerxeber.az-ın məlumatına görə, xilasedicilər hazırda itkin düşmüş azı 2 nəfərin axtarışlarını aparırlar. Güclü küləklə, qar və yağışla müşahidə edilən tufan təxminən 80 nəfərə xəsarət yetirib.
Qeyri-sabit hava şəraiti səbəbindən İspaniya ilə Fransanı birləşdirən yüksək sürətli dəmir yolu qatarlarının hərəkəti dayandırılıb.