Xəzər Xəbər

Britaniya kraliçası Brexit haqqında qanun layihəsini imzalayıb

Dünya | 09:29 • 24 Yanvar 2020
Britaniya kraliçası Brexit haqqında qanun layihəsini imzalayıb

Kraliça II Elizabet Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Brexit) haqqında Boris Conson hökumətinin hazırladığı qanun layihəsini imzalayıb. Bununla da layihə qanun statusu alıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə deputatları İcmalar palatası spikerinin müavini Naycel Evans məlumatlandırıb.


Brexit yanvarın 31-nə təyin olunub. Lakin bunun üçün Birləşmiş Krallığın Aİ-nin tərkibindən çıxması haqqında saziş Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir. Orada isə heç bir maneə gözlənilmir.


Yanvarın 31-dən sonra Aİ və Böyük Britaniya arasında keçid dövrü başlamalıdır. Həmin mərhələ dekabrın 31-də başa çatacaq və bu müddətdə Aİ-nin və krallığın münasibətlərində heç bir dəyişiklik baş verməyəcək. Eyni zamanda, London keçid dövrü başa çatanadək Brüssellə yeni ticarət sazişi barədə razılığa gəlmək niyyətindədir.

Xəbər lenti