Xəzər Xəbər

ABŞ mediasından şok iddia: MDB-nin iki ölkəsi hədəfdə

Dünya | 18:13 • 23 Yanvar 2020
ABŞ mediasından şok iddia:

Donald Tramp administrasiyası Asiya və Afrikanın 7 ölkəsinə viza verilməsini məhdudlaşdıracaq.

Bu barədə Amerika KİV-də məlumat yayılıb.

Məlumata görə, ABŞ hökumətinin hədəfində olan ölkələr arasında Belarus, Eritreya, Qırğızıstan, Myanma, Nigeriya, Sudan və Tanzaniya yer alır. Siyahıya MDB məkanına daxil olan Qırğızıtsan və Belarusun da daxil olması xüsusi olaraq diqqət çəkib.

Açıqlamada sözügedən ölkələrin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulmayacağı, amma yaşamaq, turizm və ticarət məqsədli vizaların verilməsinin böyük ölçüdə məhdudlaşdırılacağı bildirilib.

ABŞ hökuməti bundan əvvəl İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreya vətəndaşlarına vizaların verilməsini dayandırıb./teleqraf

Xəbər lenti