Xəzər Xəbər

Türkiyədə baş vermiş zəlzələ evlərə ziyan vurub

Dünya | 14:06 • 23 Yanvar 2020
Türkiyədə baş vermiş zəlzələ evlərə ziyan vurub

Yanvarın 22-də Türkiyənin Manisa şəhərində baş vermiş 5.4 bal gücündə zəlzələdən sonra zədəli binaların araşdırılmasına başlanılıb.


Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yeraltı təkanların episentri olan şəhərin Musalar kəndində aparılan araşdırmalar nəticəsində ilkin olaraq 15-ə yaxın tikilidə zədələr aşkar edilib. Bəzi evlərin hasarlarında da çatlaqlar var.


Bölgədə bəzi vətəndaşlar üçün Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən çadırlar qurulub və isti yeməklər paylanıb.


Xatırladaq ki, Türkiyənin Egey bölgəsində yerləşən Manisa şəhərinin Akhisar rayonunda 5.4 bal gücündə zəlzələ olub. Ocağı yerin 6.98 kilometr dərinliyində olan yeraltı təkanlar yerli vaxtla 22.22-də baş verib. Bu zəlzələdən indiyədək 300-ə yaxın afterşok qeydə alınıb.


Zəlzələ İstanbul, İzmir və Bursada da hiss edilib.


Son 24 saat ərzində Türkiyə ərazisində daha bir zəlzələ yanvarın 23-də yerli vaxtla 06.54-də paytaxt Ankarada qeydə alınıb. Yeraltı təkanların gücü 4.5 bal olub.

Xəbər lenti