Xəzər Xəbər

Hamilə qadınlara viza verilməsi şərtləri dəyişir QƏRAR

Dünya | 14:26 • 23 Yanvar 2020
Hamilə qadınlara viza verilməsi şərtləri dəyişir

ABŞ hamilə qadınlara viza verilməsi qaydalarını dəyişir.

TASS xəbər verir ki, bu barədə Prezident Donald Trampın Administrasiyası qərar qəbul edib.

Bildirilir ki, ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşları hamilə qadınlardan viza verilməsi üçün müraciət qəbul edərkən onların səfərinin əsas məqsədinin nə olduğunu qiymətləndirəcəklər. Müraciət edənlərin ABŞ-a doğuşu həyata keçirmək üçün getmək istədiyi müəyyən edilərsə, həmin qadınların müraciətləri ABŞ-da tibbi yardım almaq istəyən əcnəbilərin müraciətləri ilə eyni şəkildə nəzərdən keçiriləcək. Bu hallarda viza üçün müraciət edən hamilə qadınlar ABŞ-da tibbi yardım almaq niyyətində olduqlarını sübut etməli, bu xidmətlərin ödənilməsi üçün kifayət qədər vəsaitə sahib olduğunu göstərməlidir.

Qərarın yanvarın 24-dən qüvvəyə minməsi gözlənilir.

Statistikaya əsasən, 2012-ci ildə 36 minə yaxın qadın ABŞ-a xüsusi olaraq bu ölkədə doğuş həyata keçirmək üçün gəlib və sonra ölkəni tərk edib.

publika.az

Xəbər lenti