ABŞ-ın Kaliforniya ştatının Korona şəhəri yaxınlığında yerləşən hava limanında kiçikhəcimli təyyarə qəzasında 4 nəfər ölüb.
Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti özünün "Twitter”dəki səhifəsində məlumat yayıb.
Qeyd edilib ki, qəzaya səbəb təyyarənin reaktiv yanacağının alovlanması olub.