Xəzər Xəbər

İki kəndə SİLAHLI BASQIN: 36 nəfər öldü

Dünya | 14:51 • 22 Yanvar 2020
İki kəndə SİLAHLI BASQIN: 36 nəfər öldü

Burkina Fasonun şimalında yerləşən Alamou və Naqraoqo kəndlərinə silahlı basqın olub.

Naməlum şəxslər tərəfindən törədilən hadisə nəticəsində 36 nəfər ölüb.

Yerli mətbuatın məlumatına görə, ötən gün günortadan sonra baş verən insidentdən sonra ölkədə 1 günlük milli matəm elan olunub.

7 bölgədə fövqəladə vəziyyət

Ölkənin şimalında 12 yanvar tarixində başa çatan fövqəladə vəziyyət terrorla mübarizəni gücləndirmək məqsədilə 1 il də uzadılıb.

Fövqəladə vəziyyət rejimi Burkina Fasonun 13 bölgəsindən 7-də hələ də davam edir.

Ölkədə son 4 ildə terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 700-yə yaxın insan həlka olub, ən az 270 min insan qaçqın düşüb./publika.az

Xəbər lenti