Xəzər Xəbər

Yanğında ölənlərin 10-u Özbəkistan vətəndaşıdır

Dünya | 11:22 • 21 Yanvar 2020
Yanğında ölənlərin 10-u Özbəkistan vətəndaşıdır

Rusiyanın Tomsk vilayətində yanğın nəticəsində ölənlərin 10-u Özbəkistan vətəndaşıdır.


Tomsk vilayətinin Priçulımski qəsəbəsində baş verən yanğın nəticəsində 11 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərin 10-u Özbəkistan vətəndaşıdır. Yanğının istilik qurğusunda qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.


Hadisə "Qrinvud” ağac emalı şirkətinin ərazisində baş verib. Ərazidəki taxta yataqxanada istehsalatda işləyən fəhlələr yaşayıblar. (AZƏRTAC)

Xəbər lenti