Xəzər Xəbər

Ukrayna təyyarəsi 2 raketlə vurulub - YENİ AÇIQLAMA

Dünya | 11:30 • 21 Yanvar 2020
Ukrayna təyyarəsi 2 raketlə vurulub -

İranın Mülki Aviasiya Təşkilatı Ukraynaya məxsus təyyarənin Tehran yaxınlığında yanlışlıqla vurulmasına dair 2-ci hesabatını açıqlayıb.


Xezerxeber.az xəbər verir ki, hesabatda təyyarənin 1 yox, 2 raketlə vurulduğu qeyd edilib. Hesabat müəllifləri belə nəticəyə gəliblər ki, İranın Hava Hücumundan Müdafiə Qüvvələri sərnişin təyyarəsini yanlışlıqla düşmənə məxsus hərbi təyyarəyə bənzədib. Ona görə də təyyarə 2 raketlə vurulub.


Qeyd edək ki, İran nümayəndə heyəti Prezidentin nümayəndəsi Məhəmməd İslaminin rəhbərliyi ilə Kiyevə səfər edib və Vladimir Zelenski ilə görüşüb. Görüşdən sonra Ukraynanın Prezident Administrasiyası İranın üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi barədə xəbər yayıb.

Xəbər lenti